aze | rus | eng



2014-cü il sentyabr ayının 18-də Bülbül adına orta ixtisas musiqi məktəbinin Böyük zalında Londonda yaşayan azərbaycanlı skripkaçı,kamera musiqiçisi, orkestr rəhbəri, Beynəlxalq müsabiqələr laureatı Nəzrin Rəşidova ilə məktəbin şagirdlərinin görüşü keçirilmişdir. Nəzrin Rəşidova görüş zamanı özü haqqda şagirdlərə maraqlı faktlar söyləmişdir. O, ilk solo çıxışını 3 yaşı olarkən edib və bundan 3 il sonra Qahirə Opera Evi tərəfindən qızıl medalla mükafatlandırılıb.Nəzrin Rəşidova Purcell Musiqi Məktəbi tarixində ilk sagirddir ki, Kral ailəsinin məktəbə hədiyyə etdiyi skripkada ifa edib.10 yaşı olarkən Yehudi Menuhin Beynəlxalq Skripka Müsabiqəsində iştirak etmiş və yarışmanın yarımfinallarına qədər irəliləmiş ən gənc musiqiçidir.O, 2009-cu ildə Kral Musiqi Akademiyasında Magistr dərəcəsi almışdır, nailiyyətlərinə görə diplom və mükafatlara layiq görülmüşdür. Akademiyanın rektoru onun son 40 il ərzində akademiyada təhsil almış ən istedadlı musiqiçilərdən biri olduğunu vurğulamışdır. 2006-ci ildə musiqidə əldə etdiyi uğurlarını qeyd etmək üçün İlin Qadını tədbirində iştirak etmişdir. 2 il sonra isə 1950-ci illərdən bəri Britaniyanın sırf qadınlardan ibarət ilk ansamblı olan FeMusa Orkestrinin əsasını qoymuşdur. Onun repertuarına 40-a yaxın konsert və 200-dən çox kamera və ustad işləri daxildir.

 

 

 

 

 



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az