Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə fevralın 5-də, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrası tələbələrinin əsərlərindən ibarət konsert keçirildi.
Tədbiri giriş sözü ilə açan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev qonaqları salamlayaraq,XX əsr musiqi mədəniyyətinin parlaq simalarından biri olan (məktəbimizin 1928-1938- ci il məzunu) Qara Qarayevin,musiqi mədəniyyəti tarixinə böyük töhfələr verdiyini,onun Azərbaycan musiqisinin sərhədlərini genişləndirərək dünya səviyyəsinə yüksəltdiyini, öz əsərləri ilə milli və klassik musiqi ənənələrini böyük ustalıqla birləşdirdiyini,onun musiqisinin insanların mənəvi dünyasını zənginləşdirdiyini, musiqi zövqünün formalaşmasına xidmət etdiyini söyləyərək,sözü Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, professor,əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevə verdi.
Konsert gənc bəstəkarların parlaq əsərləri ilə davam etdirildi.