aze | rus | eng



04.02.2025-ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində 2024-2025-ci tədris ilinin 1-ci yarımilin yekunları dair Pedaqoji Şuranın növbəti iclası keçiridi.
İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclası giriş sözü ilə açan məktəbin direktoru Teymur Göyçayev kollektivi salamlayaraq, I yarımildə məktəbdə keçirilən Kövkəb Səfərəliyeva adına beynəlxalq müsabiqənin yüksək səviyyədə keçirilməsi, şagirdlırimizin müsabiqədə və yarım il boyu müxtəlif konsert və tədbirlərdə uğurlu çıxışlarını vurğulayaraq, II yarım ildə keçirilməsi nəzərdə tutulan Üzeyir Hacıbəyli adına milli musiqi alətləri və xanəndələrin Respublika müsabiqəsi və dahi bəstəkarın xatirəsinə həsr olunmuş konsert və tədbirlər haqqında geniş məlumat verdi.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Nigar Baxşiyeva tərfindən isə müəllimlərin şagirdlərlə və valideynlərlə işin təşkili, keçirilmiş monitorinqlər, buraxılış siniflər ilə bağlı bir sıra məsələlərə toxunuldu.
Rəy və təkliflər dinlənilib,qərarlar qəbul edildi.
@teymurgoychayev


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az