aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 3b sinfində yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndiricİ tədbir keçirildi. Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Tədbirdə sinf rəhbəri Esmira Cavadova məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verərək, yolda daha diqqətli olmaları, hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyini şagirdlərin diqqətinə çatdırdı.
Maarifəndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif çıxışlar etdilər.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az