Dahi bəstəkar,SSRİ xalq artisti Üzeyir Hacıbəylinın anadan olmasının 140-cı ildönümünə həsr olunmuş Xalq çalğı alətləri ifaçıları və xanəndələrin Respublika müsabiqəsi
Respublikada gənc istedadların aşkara çıxarılması, onların professional inkişafının dəstəklənməsi, ifaçılıq sənətinin inkişafı məqsədi ilə keçirilir.
Müsabiqənin 2025-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulur.
1.Müsabiqə 2025- ci il aprel ayının 21-dən 26- dək keçirilir.
2. Müsabiqə 3 yaş qrupu üzrə 2 mərhələdə
I qrup- 9-12 yaş
II qrup - 13-15 yaş
III qrup - 16-18 yaş arası keçirilir, hər iştirakçı diplom ilə təltif olunur.
3.İştirakçıların yaşı 01.04.2025 -ci il tarixinə əsasən müəyyənləşir.
4. Müsabiqənin I turu onlayn həyata keçirilir. I tur üçün nəzərdə tutulmuş videoçəkilişdə proqram tam ifa edilməlidir (əsərin əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayandırılmadan aparılmalı, ifaçının siması, əlləri və musiqi aləti, hərəkətləri aydın görülməlidir). Videoçəkiliş 1 mart 2025-ci ildən 10 mart 2025-ci ilə kimi Youtube platformasına qapalı şəkildə yüklənməli və link şəklində göndərilməlidir. I turdan kecən iştirakçılar, II turda canlı iştirak etmək hüququ qazanır.
5.Çıxışların ardıçıllığı yaş qrupları üzrə əlifba sırası ilə keçiriləcək.
6. Müsabiqə Bakı şəhərində ( 21- 26 aprel 2025) Bülbül adına Orta İxtisas Musiqi Məktəbində keçiriləcək.
7. Qala konsert və mükafatlandırma 25 və ya 26 aprel 2025-ci il keçiriləcək.
1.İştirakçıları nüfuzlu müsiflər heyəti qiymətləndirəcək.
2.Münsiflər heyəti bütün mükafatları verməmək hüququna malikdir.
3.Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
Müsabiqəyə təqdim olunacaq sənədlər:
Müsabiqədə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər aprel ayının 1-nə qədər təqdim edilməlidir.
1.Doğum haqqında şəhadətnamə və ya şəxsiyyəti təsdiq edən sənədin surəti
2.İştirakçının təhsil aldığı tədris müəssisəsinin arayışı.
3. İştirakçının müsabiqə proqramı
4. Qısa yaradıcılıq tərcümeyi- halı.
Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər və ərizə bulbulmusiqimekteb@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
Əlaqə: 055- 537- 13-70
İştirakçının təşkilatı məsələləri və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.
1. Etüd
2. Mütləq proqram: Ü.Hacıbəylinin əsərlərindən biri (Əsər seçimi sərbəstdir.)3. Xarici ölkə bəstəkarlarının alət üzrə köçürmə və ya işlənmiş əsərlərindən biri.
İri həcmli əsər (Konsert I hissə və ya II-III hissə, Fantaziya, Sonata)
Muğam (5-7 dəq)
I tur
1. Etüd
2. Mütləq proqram: Ü.Hacıbəylinin əsərlərindən biri (Əsər seçimi sərbəstdir.)3. Xarici ölkə bəstəkarlarının alət üzrə köçürmə və ya işlənmiş əsərlərindən biri.
1.İri həcmli əsər (Konsert I hissə və ya II-III hissə,Fantaziya, Sonata)
2.Muğam (5-7 dəq)
I tur
1. Etüd
2. Mütləq proqram: Ü.Hacıbəylinin əsərlərindən biri (Əsər seçimi sərbəstdir.)3. Xarici ölkə bəstəkarlarının alət üzrə köçürmə və ya işlənmiş əsərlərindən biri.
II tur
1.İri həcmli əsər (Konsert I hissə və ya II-III hissə,Fantaziya, Sonata)
2.Muğam (5-7 dəq)
I tur
1.Mütləq proqram: Ü.Hacıbəylinin əsərlərindən biri (Əsər seçimi sərbəstdir.)
2. Xarici ölkə bəstəkarlarının alət üzrə köçürmə və ya işlənmiş əsərlərindən biri.
II tur
1.Azərbaycan xalq rəqsi
2.Muğam (5-7 dəqiqə
I tur
1.Xalq mahnısı
Mütləq proqram: Ü.Hacıbəyli "Qara göz"
2.Zərb muğamı (dəfi özü çalmaq şərti ilə)