aze | rus | eng



Bu gün Azərbaycanın ilk qadın pianoçu-pedaqoqu, maarifçi, professor, Xalq artisti Kövkəb Səfərəliyevanın anadan olmasının 118 ili tamam olur.
Kövkəb Səfərəliyeva Bakı musiqi texnikumunda, Azərbaycan Dövlәt Konservatoriyasının fortepiano şöbәsindә təhsil alıb. 1926-cı ildәn Kövkәb Səfərəliyeva pedaqoji fəaliyyətə başlayıb. O, Türk qadın seminariyasında çalışıb, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında tәcrübәçi-pedaqoq sonra isә “Xüsusi fortepiano” sinfinin pedaqoqu kimi fəaliyyət göstərib, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaradıb (indiki Bülbül adına məktəb) və 1952-ci ilə qədər oranın direktoru olub.
Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün topluların tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.
Xalq artisti 1985-ci ildə vəfat edib.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az