aze | rus | eng



16-20 dekabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə Kövkəb Səfərəliyeva adına Violin ifaçılarının I Beynəlxalq Festival-Müsabiqəsi keçirildi.
Müsabiqənin münsiflər heyətinə sədr, dövrümüzün görkəmli skripkaçısı, Luqano Akademiyasının professoru,P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fəxri artisti, Astana(Qazaxıstan) Akademiyasının professoru,Yerusəlim Akademiyasının professoru, "Yerusəlim fəsilləri" Festivalının təsisçisi Robert Konetti dəvət edilmişdir.
Müsabiqəyə ABŞ, İndiya,Polşa, İsrail və digər ölkələrdən iştirakçılar qatılmışdır.
Müsabiqə günləri ərəfəsində Robert Konetti (violin) və Bella Konetti(viola )tərəfindən şagirdlərə ustad dərslərinin keçirildi.
Müsabiqənin açılış konserti 16.12.2024-cü il Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
19.12.2024-cü il saat 16.00 da Kamera və Orqan Musiqisi zalında -Müsabiqə qaliblərinə diplomarın təqdimatı,
19.12.2024-cü il saat 17:00da isə Müsabiqə Qaliblərinin konserti keçirildi.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az