aze | rus | eng



İçərişəhərdə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun doğum günü ilə bağlı tədbir keçirilib
29 noyabr tarixində İçərişəhərdə, #TahirSalahovun Ev-Muzeyində görkəmli rəssam, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun 96-cı doğum günü münasibətilə tədbir keçirilib.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, muzeyin direktoru Səadət Mirzəyeva, musiqişünas-pedaqoq Raya Abbasova çıxış edərək, Tahir Salahovun Azərbaycan rəngkarlığının inkişafında oynadığı roldan, onun əsərlərinin milli və dünya təsviri sənətinin nadir inciləri sırasında yer almasından bəhs ediblər.
Tədbirin bədii hissəsində bu il 95-ci ildönümünü qeyd edən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin dahi rəssama ithaf etdikləri konsert proqramı ilə çıxış ediblər. Məktəbin XI sinif şagirdlərinin tərəfindən Üzeyir Hacıbəyov, Qara Qarayev, Tofiq Quliyev,
Cövdət Hacıyev kimi görkəmli bəstəkarların əsərləri ifa edilib.
Sinif:11b


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az