aze | rus | eng



7 Oktyabr ümumdünya əmək günü Bülbül adına Orta İxtisas Musiqi Məktəbində də qeyd edildi.
7 Oktyabr bütün dünyada ümumdünya layiqli əmək günü kimi qeyd edilir. Bu günün əsasında hər kəsin layiqli əmək hüququ dayanır. Bu anlayışın təyin edilməsinə 4 sfera daxildir---bunlar: məşğulluq, hüquq, müdafiə və dialoqdur. Onlar layiqli gəlirdən başlayaraq əmək şəraiti, əməkdaşlar arasında bərabərlik, sədr ilə işçi arasında olan dailoqa, öz əmək hüququnu müdafiə etməyə və ya vəd edilmiş sosial müdafiədən istifadə etməyə qədər bütün aspektləri əhatə edir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilmişdir.
Bu gün münasibətilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dəyirmi masa keçirildi.
Dəyirmi masada sədr Zərifə Məmmədyarova çıxış etmişdir. Sədrin  məruzəsindən sonra bir neçə iştirakçı məsləhət və tövsiyyələr almaq məqsədi ilə suallar ünvanlamışdır. Zərifə xanım sualları tam dolğun, dəqiq və iştirakçılara lazım olan qaydada cavablandırmışdır.
Dəyirmi masanın sonunda iştirakçılara həmkarlar ittifaqı tərəfindən üzvlərinin layiqli əməyinin qiymətləndirilməsini dəstəklədiyini, iş və bacarıqlarına görə fəal üzvlərin bayramlarda və digər xüsusi günlərdə mükafatlandırılmasını xatırlatmış və hər zaman belə davam edəcəyini bildirmişdir.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.