aze | rus | eng



Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq sentyabrın 16-da 2024/2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi.
Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq sentyabrın 16-da 2024/2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin, qərara alınmışdır ki, yeni tədris ilindən məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparıldı.
Məktəbin 95 illik yubileyinə həsr olunmuş konsertlərdə, müsabiqələrdə fəal iştirak etmiş və pedaqoji heyətdə təqaüd yaşına çatmış müəllimlər, məktəb rəhbərliyi və Həmkarlar Komitəsi tərəfindən fəxri fərman və mükafatlarla mükafatlandırıldı.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.