Dünyada əhalinin və yaşayış səviyyəsinin çoxalması ilə istehlak prosesi artmaqdadır. Bu baxımdan resursların davamlı artımı üçün rasional qaydada istifadəsi olduqca mühümdür.
İnsanların sosial və iqtisadi fəaliyyəti nəticəsində, istifadə müddətini doldurmuş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır. Bu tullantıların bir qismini fiziki və kimyəvi proseslərə tabe tutaraq yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Sadə dildə ifadə etsək, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi təkrar emal adlanır.
Alimlərin söylədiyinə görə, dənizə atılmış bir plastik torba 100 il keçsə belə çürümür və dəniz canlılarını məhv etməyə qadir olur. İnsan ətraf mühitə, təbiətə, dənizə, çaylara atılan hər bir tullantıya “zibil” kimi deyil, təkrar emal xammalı üçün baxsa, çox şey qazanmış olacaq.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 4b sinfində
Məişət tullantılarının yenidən emalı ila bağlı açıq dərs keçirildi.
Müəllim: Respublika Uşaq Gəmclər İnkişaf Mərkəzinin Eko klub dərnək rəhbəri Əliyev Rüfət.
Sinif:4B