aze | rus | eng



Bülbülün Memorial Muzeyi "Bülbülün qonaqları" rubrikasını təqdim edib. Rubrika ilk olaraq bir zamanlar dahi Bülbülün evində qonaq olan görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub.    
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq, rubrikadan bəhs edib. O, bəstəkarın 100 illiyinin qeyd olunması ilə bağlı Cənab Prezident İlham Əliyevin 22 fevral tarixində Sərəncam imzaladığını vurğulayıb. Fərqanə Cabbarova Süleyman Ələsgərovun ailə üzvlərinə - oğlu Arzu Ələsgərova, nəvələri, Əməkdar artistlər Tahir və Cabir İmanov qardaşlarına tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirib.
 Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov babası ilə bağlı xatirələrini bölüşərək o, babasının Bülbüllə olan dostuluğundan, Şuşaya son səfərlərindən söhbət açıb. Həmçinin dahi Bülbülün evində bir zamanlar qonaq olan Süleyman Ələsgərovun xatirəsinin məhz bu evdə yad olunmasının qüruverici olduğunu vurğulayıb. 
Tədbir Bülbül Vokal Məktəbinin tələbələri və Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az