Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 9a sinifi ədəbiyyat fənnində, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin ev muzeyinə ekskursiya etdi. Ədəbiyyat müəllimi Sevda Cəbrayılova tərəfindən Hüseyn Cavidin fəlsəfi müdrikliyini və bədii kamilliyinin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazdığını, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etdiyini, şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirdiyini, Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoyduğu haqqında şagirdlərə geniş məlumat verildi.