Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2003 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında məişət zorakılığına dair 2020- 2023- cü illər üçün Milli Fəaliyyət Planı" na əsasən, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi məqsədilə 27 noyabr 2023-cü ildə məktəbin psixoloqu Sona Rüstəmova yeniyetmələrlə "Zorakılıq nədir və necə mübarizə aparmalıyıq"" adlı müzakirə təşkil etdi.
Məqsəd şagirdlərin bu mövzuda maarifləndirilməsi, öz hüquq və vəzifələrinin pozulmasının qarşısının alınması idi.