“Uşaqların ekoloji sahədə maarifləndirilməsi sahəsində tədbirlərin görülməsi”.
Müasir dövrdə ekologiya elminin öyrənilməsi,təbliğ edilməsi,ekoloji cəhətdən təmiz, saf ərzaq məhsulların istehsalı,ekoloji kənd təsərrüfatına geniş yer verilməsi , təbiətə ,torpağa ,havaya ,suya ,heyvanlara , bitkilərə ,quşlara düzgün yanaşmaq ekoloji problemlərin həlli üçün qarşımızda duran məsələlərdir. Bunin üçün “ Təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni qaldırmaq lazımdır”.
Ekologiyanın qorunması haqqında məlumatların təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı ,orta və ali məktəblərdə isə tamamilə formalaşmalıdır.
Meşələr sərvətimiz, var- dövlətimizdir. Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək , demək , bəşər də yoxdur. Meşə, habelə, çəmənliklər bit sözlə bitkilər atmosferin oksigen “fabrik”ləridir. Yaşıllıqlar havada olan tozları və zəhərli qazları udaraq onu təmizləyir, ozon təbəqəsini qoruyur , quşların çoxalmasını təmin edir. Bitkilər həm də təbiətimizi bəzəyir. Bir-birindən rəngarəng güllər, çiçəklər insana zövq verir. Gəlin təbiətimizi qoruyaq! Gəəcəyimiz naminə təbiətimizə sahib çıxaq və onu göz bəbəyimiz kimi qoruyaq! Bu bizim vətəndaşlıq , insanlıq borcumuzdur.