aze | rus | eng


Ana səhifə

 

Görkəmli rus pianoçusu və pedaqoqu Q.Q.Neyqauzun anadan olmasının 125 illiyinə həsr olunmuş gənc pianoçuların festivalının 

Əsasnaməsi

  1. Festivalın məqsəd və vəzifələri Respublikada fortepiano ifaçılıq sənəti məktəbinin inkişafı, Q.Neyqauz fortepiano ifaçılığı metodikasının təbliği, musiqi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin inkişafı məqsədilə 2013-cü il dekabrın II yarısında Bülbül adına Orta İxtisas Musiqi Məktəbində gənc ifaçıların festivalı keçiriləcəkdir. Festival çərçivəsində iştirakçıların bir çıxışı, ustad dərslər, elmi-nəzəri mühazirələr olacaqdır. Yekun konsert dekabrın 22-də Kapellhausda keçiriləcəkdir.

 

  1. Festival 4 yaş qrupu üzrə keçirilir:

I qrup – 8-10 yaş (5 dəqiqədən az olmamaq şərti ilə yaş qrupuna uyğun sərbəst proqram)

II qrup – 10-12 yaş (7 dəqiqədən az olmamaq şərti ilə)

III qrup  - 13-15 yaş (10 dəqiqədən az olmamaq şərti ilə)

IV qrup – 16-19 yaş ( 12 dəqiqədən az olmamaq şərti ilə)

Qeyd: Festival iştirakçıları  Q.Neyqauzun ən çox ifa etdiyi bəstəkarların əsərlərinə müraciət edə bilərlər (Bethoven, Brams, Şopen, Şuman, Debüssi, Skryabin, həmçinin festivalda iştirakçının istəyi ilə digər bəstəkarlara da müraciət oluna bilər.

Festival çərşivəsində təcrübəli müəllimlər ifaçılıq problemlərinə dair elmi mühazirələrlə çıxış edə bilərlər.
İştirak etmək istəyənlər 2013-cü il dekabrın 10-dək  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə müraciət edə bilərlər.

Lazım olan sənədlər:
-doğum haqqında şəhadətnamənin surəti
- çalınacaq proqram.

Ünvan: Əhməd Cavad  küçəsi 9, əlaqə telefonları: 492-61-69; 492-76-59

 


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.