Xalq artisti, dirijor və Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru. Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunudur. T.Göyçayev Bakı Musiqi Akademiyasının Simli Alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləmiş, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində 1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir. 2000-ci ildən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.
2010-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbinin direktorudur.