aze | rus | eng



27 sentyabr 2022-ci il tarixində Bülbülun Memorial Muzeyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Tarix yazaraq, tarixə yazılanlar"adlı tədbir keçirildi.Tədbirdə Muzeyin direktoru Fərqanə Cəfərova 44 günlük Vətən müharibəsinin tarixindən, xalqımızın bu önəmli dövrdə Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən,güc və həmrəylik rəmzi olan "Dəmir yumruq" əməliyyatından söhbət açdı.Tədbirdə Vətən müharibəsində şəhadətləri ilə yeni tarix yazan, adları tarixə yazılan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifasında musiqi nömrələri ilə sona catdı.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az