aze | rus | eng



Azərbaycan Respublikasının Dövlət Himninin ilə başlanan tədbirdə, məktəbin direktoru Azərbaycan Respublikasının Xalq artisti, Teymur Göyçayev, Musiqi İşləri üzrə direktor müavini Rəna Vəzirova, Ümumtəhsil şöbəsi üzrə direktor müavini Nigar Baxşiyeva məzunları təbrik edərək, onların bu gündən yenə həyata qədəm qoyduqlarını, bu yolda onların heç vaxt büdrəməməsini, gələcəkdə isə yaradıcılıq uğurları arzuladılar. Çıxış edən hər bir müəllim, şagirdlərimizin hər il olduğu kimi bu ildə ali məktəblərə qəbulda yüz faiz nəticə göstərəcəklərindən əmin olduqlarını söylədilər.
Məzunlar öncə bu çətin yolda onlarla birlikdə əziyyət çəkən müəllim və valideyinlərinə təşəkkür edərək, vətənimizə, xalqımıza layiqli övlad olacaqlarını, klassik musiqinin sirrlərini gələcək nəsillərə ötürəcəklərini, musiqimizi bütün dünyada layiqincə təmsil edəcəklərini, Azərbaycan adını daim yüksək zirvələrə qaldıracaqlarına and içdilər.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdi.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az