aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VIII sinif şagirdi Allahverdiyev Məhəmməd Azərbaycan musiqisinin təbliğatı istiqamətində “Friendship project “ dünya dostluq musiqi layihəsi çərçivəsində, artıq 8 ölkə ilə internet üzərindən yeni- yeni layihələr təqdim etmişdir.
Dünyanın bütün ölkələri ilə layihə etməyi qarşısına məqsəd qoyan gənc musiqiçimiz, "Şuşa ili" nin Beynəlxalq Mədəniyyət Günündə, Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan & Peru, iki ölkənin dostluq münasibətlərindən ərsəyə gələn yeni layihəsini, Azərbaycan xalq mahnısı “Sarı gəlin" musiqisini, Perunun məhşur fleyta ifaçısı Carlos Carty ilə təqdim edərək, bir daha Azərbaycan musiqisinin zənginliyini sübuta yetirdi.
Yeni improvizələr ilə təqdim edilən klipdə, Xalq artisti Təranə Muradovanın Şuşada Cıdır düzündə möhtəşəm "Sarı gəlin" rəqsindən görüntülər də yer almişdır. Layihənin rəhbəri və idea müəllifi Gülnarə Allahverdiyeva, prodüsseri Nurlan Həsənzadə ,rejissoru Rahid Bayramlı , montaj və redaktor Nicat Adıgözəlovdur.
Sagirdimizi yeni layihə münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!
Azerbaijan & Peru
friendship project
Azerbaijan folk song
“SARI GƏLİN"


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az