aze | rus | eng



 

    4 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Kempinski Hotel Badamdar mehmanxanasının Qəbələ zalında Gənclər Günü münasibətilə konsert proqramı təşkil olmuşdur.

   Konsertdə Azərbaycanda təhsil alan xarici tələbələr və qonaqların qarşısında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış etmişlər. Çinarə Əzimova, Səid Bağırzadə, Zinyət Rəhimli, Atabəy İsmayılov, Aytən İbrahimova, Mərziyə Hüseynova, Zərifə Alxazova, Səidə Babışova, Aydın Zeydullayev, Nicat Məsimov, Əli Məmmədov, Asif Quliyev, Orxan Cəlilov Gərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmişlər. Konsert proqramında həmçinin  məktəbin müəllimləri Anar Məmmədov, Fəqan Həsənli, Ucal Məmmədxan iştirak etmişlər.  



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az