aze | rus | eng



18 Sentyabr "Milli Musiqi Günü".
18 Sentyabr Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi, klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günüdür.
Dünya şöhrətli bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan musiqi sənətinin və milli operasının banisi olan Üzeyir Hacıbəyli 1885-ci ildə Azərbaycanın musiqi beşiyi olan Şuşada anadan olmuşdur.
1995-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının
110 illiyi ərəfəsində,18 sentyabrın "Milli Musiqi Günü" kimi qeyd olunması qərara alınır.
Hər il təntənəli qeyd edilən Milli Musiqi Günü, bu il 30 ildən sonra işğaldan azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı Üzeyir Hacıbəylinin doğulduğu torpaqda, Şuşada qeyd ediləcək.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az