aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbi
2021-2022-ci tədris ili üçün I-X siniflər üzrə şagird qəbulu elan edir.
Qəbul imtahanında iştirak etmək üçün şagirdin
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
I SİNFİNƏ ELEKTRON SƏNƏD QƏBULU sistemindən keçməsi vacibdir.
Qabiliyyət imtahanının keçirilməsi tarixi haqqında məlumatlar məktəbin
səhifələrində yerləşdiriləcək və qeydiyyatda olan şagirdlərə SMS vasitəsi ilə məlumat veriləcəkdir.
Tel:(012) 492-61-69
(050)708-15-01
Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Azərbaycanda özünəməxsus yeri olan tədris ocağıdır.
Orta ixtisas musiqi məktəbinin başlıca vəzifələri aşağıdakılardan ibarətdir:
-respublikada musiqi iste’dadı olan uşaqları aşkara çıxarmaq, onlara müasir tələblərə cavab verən yüksək peşə bilikləri almaq üçün əlverişli şərait yaratmaq;
-tədris planını və proqramlarını daim təkmilləşdirmək yolu ilə şagirdlərin nəzəri və peşə hazırlığında fundamental elmlərin əhəmiyyətinin yüksəldilməsini, incəsənət və mədəniyyət sahəsində elmi-metodiki nailiyyətlərin daha dolğun şəkildə əks etdirilməsini təmin etmək.
Şağirdlər məktəbə 6 yaşından qəbul edilir. Tədris dörd pillədən ibarətdir:
I – ibtidai pillə (I-IV siniflər)
II – orta pillə (V – VIII siniflər);
III – ixtisas pilləsi (IX – XI siniflər).
Məktəbdə tədris iki dildə – azərbaycan və rus dillərində aparılır.
Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano, orkestr, nəzəriyyə, xalq çalğı alətləri, ümumtəhsil şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə aşagıdakı ixtisaslar tədris edilir:
- fortepiano
- simli alətlər (violin, v-cello, viola, arfa)
- nəfəs alətləri (klarnet, qoboy, fleyta, valtorna, tuba, trombon, faqot, saksofon)
- nəzəriyyə, bəstəkarlıq, vokal,xor dirijorluğu
- tar, kamança, qanun, balaban
- xanəndə
Məktəbdə həmçinin , kamera ansamblı, konsertmeyster sinfi, ümumi fortepiano fənn şöbələri fəaliyyət göstərir.
Məktəbdə şagirdlərin inkişafı üçün mütəmadi olaraq konsertlər, beynəlxalq,respublika müsabiqələri,festivallar, yerli və xaricdən dəvət edilmiş pedaqoqların iştirakı ilə ustad dərsləri təşkil edilir.
Məktəbdə şagirdlərdən ibarət 4 orkestr fəaliyyət göstərir.
Uşaq Simfonik Orkestri
"Tutti" Kamera Orkestri
Nəfəs Alətləri Orkestri
Xalq Çalğı Alətləri Orkestri
Şagirdərimiz respublikada keçirilən müsabiqələrlə yanaşı, xaricdə keçirilən beynəlxalq müsabiqələrdə daima uğurlu cıxış edərək, Azərbaycan bayrağını daima ucaldırlar.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az