aze | rus | eng



Şagirdlərin dünyagörüşünün, mənəviyyatının zənginləşməsi, mütaliə vərdişərinin artırılması məqsədilə Bülbül adına Orta İxtisas Musiqi məktəbinin kitabxanasında daima silsilə tədbirlər keçirilir. Belə tədbirlərin keçirilməsi şagirdlərdə kitaba həvəsin oyanmasına, onların dünya görüşünün artmasına səbəb olur.
5.03.2021- ci il tarixində 4(a) sinif şagirdləri kitabxanamıza gətirilən yeni kitablarla tanış oldular. Kitabxanaçı Fatma Dadaşova və müəllimə Aygün Abdullayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə, şagirdlərə şifahi xalq ədəbiyyatının nümunələrinədən biri olan Azərbaycan nağılları haqqında geniş məlumat verildi. Nağıllar əsasında çəkilmiş cizgi filmi nümayiş etdirildi və mövzu ətrafında müzakirələr aparıldı. Sonda şagirdlərə daima müatilə etmək tövsiyyə olundu.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az