aze | rus | eng



16-20 noyabr payız tətili günlərində Bülbül adına orta ixtisas musiqi məktəbinin IIIa şagirdləri F. Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında “Balaca ev” cizgi filmini izlədilər. Müasir nağıllarımızı müzakirə etdilər. Kitabxana əməkdaşı uşaqları Azərbaycanın görkəmli alimi və maarifçisi F.Köçərlinin həyat və yaradıcılığı haqqında məlumatlandırdı.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az