aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi həsr olunmuş tədbr keçirildi. Tədbiri giriş sözüylə açan ədəbiyyat müəllimi Nəzakət Məlikova şagirdlərə İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş dahi mütəfəkkir şair olduğu haqqında məlumat verdi. Tədbirdə VIII sinif şagirdləri Nəsiminin qəzəllərindən hissələr söyləyərək, bir daha şairin qəzəllərinin daim sevilərək öyrənildiyini sübüt etdilər. Tədbir dahi şairə həsr olunmuş kinofiimin nümayişi ilə başa çatdı.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az