aze | rus | eng



10-12 oktyabr 2018-ci il tarixində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransın təşkili nəzərdə tutulmuşdur. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) tərəfindən təşkil olunur. Konfrans Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçirilir
11oktyabr Bülbülün Memorial Muzeyində məktəbimizin şagirdləri Vəliyev Əli
(f-no),Həsənli Surə(Violin ),Məmmədov Rüfət( Klarnet),Kizel Elizaveta
(violin),Cavadzadə Şəkərxanım( f-no),Rüstəmbəyli Cavanşir
( tar),Rüstəmbəyli Əli (kamança),Abdullayeva Ülkər( xanəndə) konsert proqramı ilə cıxış etdilər.
Şagirdlərimizin iştirakı xarici qonaqların marağına səbəb oldu.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az