aze | rus | eng



Bakı-2015”-in məşəlinin birinci Avropa Oyunlarının keçiriləcəyi paytaxt şəhərə daxil olmazdan əvvəl son dayanacağı iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu oldu. Məşəli yandirmaq şərəfi VIII sinif şagirdi, Prezident təqaüdçüsü Leyla Zeynalovaya etibar edilmişdir. Leyla Leyla Zeynalova təəssüratlarını bölüşərək deyib: “Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Min illərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az