aze | rus | eng



18.03.2015-ci il tarixində Qobustan Milli Tarix Bədii qoruğunda “Qobustanda Novruz” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları Qobustan muzeyi və abidələri ilə tanış olmuşlar. Qoruğun direktoru Məlahət Fərəcovanın salamlama və təbrik nitqindən sonra, AMEA-nın Folklor İnstitutunun dosenti Şakir Albalıyev Novruz bayramının elmi-fəlsəfi mahiyyəti haqqında məlumat vermişdir. Tədbirin bədii hissəsini Bülbül adına orta ixtisas məktəbinin yetirmələri öz ifaları ilə işıqlandırmışdır. Nigar Cəlilova, Hikmət Abdullayev, Fərid İsgəndərov, Zamin Qasımzadə, Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev, Ruhulla Dadaşovun çixişları dinləyicilərin böyük maragına səbəb olmuşdur. 



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az