aze | rus | eng



Noyabr ayının 3-sə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçirilmişdir.

Festival çərçivəsində həyata keçirilən konsertlərdə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri; Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev,  T.Bakıxanov, M.Mirzəyev, D.Dadaşov, o cümlədən gənc müəlliflərin əsərləri səsləndirilmişdir.

Noyabrın 15-də  Festival çərçivəsində  Azərbaycan Dövlət Filarmoniyasında   Xalq Artisti Teymur Göyçayevin  rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin Konserti keçirilmişdir. Konsertdə Fortepiano şöbəsinin X sinif şagirdi Fatimə Əliyeva Üzeyir Hacıbəylinin "Sevgili canan" əsərini orkestrin müşayiəti altında böyük məharətlə ifa etmişdir. Fatımə Əliyeva Əməkdar müəllim Adilə Rəhimovanın sinfində təhsil alır.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az