aze | rus | eng



 Oktyabr ayının 3-də Məktəbin Böyük zalında avstraliyalı ifaçı, Beynəlxalq müsabiqələr laureatı, həmyerlimiz  Daniel Tağıyevlə görüş keçirilmişdir. Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalının iştirakçısı Daniel Tağıyev artıq ikinci dəfədir ki,Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri qarşısında konsert proqramı ilə çıxış etmişdir.  Daniel Tağıyev və onun atası, Avstraliyada Brisben  Musiqi məktəbinin direktoru, Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunu Emin Tağıyev son bir ildə konsert fəaliyyətləri haqqında məktəbin şagirdlərinə məlumat verdilər. Tədbirdə iştirak edən Büıbül adına OİMM-nin direktoru, Xalq Artisti Teymur Göyçayev iki musiqi tədris müəssisələri arasında yaradıcılıq əlaqələrinin yaranacağına əmin olduğunu bildirdi.

http://www.zerkalo.az/2013/vyisokaya-chest-ppedstavlyat-tpete-pokolenie-muzyikantov-nashey-semi-na-rodine/



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az