aze | rus | eng



   2014-cü il 1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Moskvanın Böyük Kreml Sarayında "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi Festivalı keçirilmişdir. Azərbaycan, Belarus, Çin, Qırğızıstan, Rusiyadan olan istedadlı uşaqlar Kreml Sarayının Georgiyevsk zalında Prezident orkestri ilə çıxış etmişlər.
  Bu nüfuzlu tədbirdə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin VI sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı, 12 yaşlı  Çinarə Əzimova  uğurla  təmsil etmişdir.  

    Qeyd edək ki, 2013-cü ildə Çinarə böyük üğürlara imza atmışdır.  Belə ki, Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən  Beynəlxalq Müsabiqədə, Latviyanın Riqa şəhərində keçirilən  gənc vokalçıların "Riqa Symphony" Beynəlxalq müsabiqəsində iştirak edərək hər iki müsabiqənin   Gran- Pri mükafatına layiq görülmüşdür.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az