aze | rus | eng



Beynəlxalq Muğam Mərkəzində, Elm və Təhsil Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən,Violin ifaçıları müsabiqəsi qaliblərinin mükafatlandırma və yekun konsertim keçirildi.
23 Dekabr 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində, Elm və Təhsil Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən,Violin ifaçıları müsabiqəsi qaliblərinin mükafatlandırma və yekun konserti. Tədbiri açan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru,Xalq artisti Teymur Göyçayev müsabiqənin keçirilməsində əsas məqsədin istedadlı şagirdlərin üzə çıxarılması və onlara dəstək verilməsi olduğunu vurğuladı.
Müsabiqədə münsiflər heyətinə Rusiyadan dəvət edilən Rusiyanın əməkdar artisti Qraf Şandoroviç Murja və Bakı Musiqi Akademiyasını təmsil edən Professor, Xalq artisti Zəhra Quliyeva müsabiqənin təşkilatçılığı və dəvət üçün öz dərin təşəkkürlərini bildirərək, musabiqə qaliblərini təbrik edib, gələcəkdə yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbir qaliblərin konsert proqramı ilə başa çatdı.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.