aze | rus | eng



"Həyatını məhv etmə!" adlı maarifləndirici tədbir keçirildi.
19 oktyabr 2022-ci ildə Leopold və Mistislav Rostrapoviçlərin Ev muzeyində "Həyatını məhv etmə!" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə BDU və OYU-nun müəlliməsi, " Yaşam" psixologiya və təlim mərkəzinin rəhbəri, psixoloq Könül Cəfərova," "Step" rebilitasiya mərkəzinin rəhbəri, kimyəvi asılılıqlar, narkomaniya, alkoqalizim üzrə mütəxəssis İlqar Xəlilov və müəssisənin nümayəndəsi Emin Mirzəyev çıxış edərək, tədbirdə iştirak edən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərilə maarifləndirici söhbətlər apardılar. Həkim və psixoloqların ortaq məsləhəti şagirdlərin bu bəladan uzaq durmağı, valideyinləri ilə hər bir problemi bölüşməli, secidyiniz dostlara diqqət etməli olduqlarını, boş vaxtlatrını öz fəaliyyət dərnəklərində musiqi, rəssamlıq və.s. ilə məşgul olmağı məsləhət gördülər.
Tədbirin sonunda qonaqlar şagirdləri maraqlandıran suallara cavab verdilər.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.