aze | rus | eng



Ankara, İstanbul, İzmir və Antalya Təhsil İdarələri və Bakı şəhər Təhsil İdarəsinin rəhbərləri Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oldular.
Türkiyə nümayəndə heyəti təhsil müəssisələrində olub
Ankara, İstanbul, İzmir və Antalya Təhsil İdarələri rəhbərlərinin ölkəmizə səfəri davam edir.
Səfər zamanı türkiyəli qonaqlar - Ankara Təhsil İdarəsinin müdiri Harun Fatsa, İstanbul Təhsil İdarəsinin müdir müavini Mustafa Akhan, İzmir Təhsil İdarəsinin müdiri Murat Mücahit Yentür, Antalya Təhsil İdarəsinin müdiri Emre Çalışkan, Elm və Təhsil Nazirliyinin nümayəndələri Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Türkiyəli qonaqlar 20 nömrəli məktəb-lseydə və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olublar. Qonaqlara məktəblərin fəaliyyəti, o cümlədən əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.