aze | rus | eng



"Riqa Symphony" müsabiqəsində Azərbaycanın qələbəsi

   Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqələrdə uğurla çıxış etməyə davam edirlər. Belə ki, Latviyanın Riqa şəhərində  gənc vokalçıların "Riqa Symphony" Beynəlxalq müsabiqəsi keçirilmişdir.  Dünyanın 27-dən çox ölkəsindən vokalçılar müsabiqəyə qatılmışlar.  Münsiflər heyətinin işində və festivalın ustad dərslərində iştirak etmək üçün ABŞ, Böyük Britaniya, İtaliya, Litva, Rusiya və digər ölkələrin tanınmış pedaqoq və vokalçıları Riqaya dəvət almışlar. Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri  Çinarə Əzimova, Elarə Əliyeva, Sona İsgəndərli və Mərziyə Hüseynova layiqincə təmsil etmişlər.   VI sinif şagirdi Çinarə Əzimova  müsabiqənin akademik vokal nominasiyasında  Gran Pri mükafatına, Mərziyə Hüseynova, Elarə Əliyeva I yerə, Sona İsgəndərli II yerə  layıq görülmüşlər. Gənc vokalçıların müəllimi  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının dosenti, fəlsəfə doktoru İradə Xəlilovadır. Laureatları bu qələbə münasibəti ilə təbrik edirik.

 



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.