aze | rus | eng



"Azərbaycan Gəncliyi 2017-2021- ci illər Dövlət Proqramı"çərçivəsində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Biologiya müəllimi Gülnarə Mütəllibova VIII- IX sinif şagirdlərilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici dərslər keçirdi.

"Azərbaycan Gəncliyi 2017-2021- ci illər Dövlət Proqramı"çərçivəsində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Biologiya müəllimi Gülnarə Mütəllibova VIII- IX sinif şagirdlərilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici dərslər keçirdi. Keçirilən dərslər zamanı şagirdlərə- Repro­duktiv sağlamlıq –fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. Bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyat boyu qorunub-saxlanır. Reproduktiv sağlamlıq həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə ailə üçün böyük əhəmiyyət kəsb edərək, cəmiyyət və millətin sosial-iqtisadi inkişafının səviyyəsini xarakterizə edir. Repro­duktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə yeniyetmələr sanitar, gigiyenik qaydalara əməl etmək, həyatın bütün nemətlərindən şüurlu surətdə bəhrələnmək, hər cür zərərli vərdişlərdən uzaqlaşmağı öyrənirlər. Gənclər, beləliklə, reproduktiv sağlamlığın qorunması yollarını mənimsəyir, həm öz sağlamlıqları, həm də gələcək nəslin sağlamlığı üçün məsulliyyəti öz üzərinə götürmək bacarıqlarına yiyələnmək haqqında geniş məlumat verildi.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.