aze | rus | eng



Şagirdlərimizin Gəncədə Konserti

   2013-cü il dekabrın  21-də YAP Gəncə şəhər Təşkilatının Qərargahında Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdlərinin  31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə  konserti böyük uğurla keçmişdir.  Konsertdə Prezident təqaüdçüsü Atabəy İsmayılov, Beynəlxalq müsabiqə laureatı Aytən İbrahimova, Respublika müsabiqəsi laureatları Cəmilə Əsgərzadə, Leyla Zeynalova, Nicat Məsimov, Ərol Rzayev, Rəşid Bəylərli, Aydın Zeydullayev, Səid Bağırzadə, Asif Quliyev, Ləman Əsədova, Zinyət Rəhimli, Nigar Cəlilova, Gülarə Ramazanova, Orxan Cəlilov, Ruslan Daşdamirov maraqlı konsert proqramı ilə çıxış etmişdir.

   Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə  şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Təşkilatın İdarə Heyəti və  Şura üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

     Gəncə səfəri çərçivəsində Gəncə Musiqi Kollecinin müəllim və tələbələri ilə görüş keçirilmiş, əməkdaşlıq və yaradıcılıq əlaqələri barədə müzakirələr aparılmışdır.

                                   http://azerinews.tv/index.php?newsid=5455



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.