aze | rus | eng



2019-2024- cü illər üçün Dövlət Proqramı çərçivəsində, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə, tütünün, spirtli içkilərin mənfi təsirinə dair maarifləndirici tədbir.
2019-2024- cü illər üçün Dövlət Proqramı çərçivəsində,
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə, tütünün, spirtli içkilərin mənfi təsirinə dair məlumatlılığın artırılması məqsədilə, 3.03.2021-ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 9(1) sinfində,Təlim- tərbiyyə işləri üzrə direktor müavini Nigar Baxşiyeva,həkim Zivər Dadaşova, psixoloq Sona Rüstəmova tərəfindən “Narkotik maddələrin tütünün, spirtli içkilərin zərəri və fəsadları” mövzusunda maarifləndirci tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərin həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması barədə şagirdlərə geniş məlumat verildi. Mövzu ilə bağlı şagirdlərə maarifləndirici videoçarx təqdim edildi.Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavablar verildi.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.