aze | rus | eng



Təşəkkür Məktubu!
Üzeyir Hacıbəyov tərəfindən 1920- ci ildə təməli qoyulan Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Azərbaycanda özünə məxsus yeri olan tədris ocağıdır. Məktəbin əsas missiyası musiqi qabiliyyəti olan istedadlı uşaqların musiqi istedadını üzə çıxarıb, onları bu sahədə ixtisasçı kimi yetişdirib, gələcəkdə Azərbaycan musiqisinə töhfələr verməkdir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fəaliyyət göstərən, daima xeyriyyə konsertlərində və dövlət tədbirlərində iştirak edən
Uşaq Simfonik Orkestri
"Tutti" Kamera Orkestri
Nəfəs Alətləri Orkestri
Xalq Çalğı Alətləri Orkestri,
Təhsil Nazirliyi tərəfindən daima diqqət və qayğıyla əhatə olunur. Son günlərdə Təhsil Nazirliyi tərəfindən Orkestrin "Timpan" ( Litavra ) musiqi aləti ilə təmin olunması şagirdlərin böyük sevincinə səbəb olmuşdur.
Hörmətli, Cənab Nazir Emin Əmirullayev!
Sizə, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və şagird kollektivi
adından öz dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə:
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Direktoru, Xalq Artisti Teymur Göyçayev.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.