aze | rus | eng



Nərmin Nəcəflinin konserti

   Oktyabrın 29-da Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagidi, Prezident təqaüdçüsü, Beynəlxalq Müsabiqələr laureatı Nəcəfli Nərminin məktəbdə solo konserti keçirilmişdir (Müəllim Əməkdar müəllim Rəhumova Ədilə). Konsertdə  L.van Bethovenin  sonatası ( №32 op.111, I hissə), Şopenin  Balladası (№4),  mazurkası (op.16), Raxmaninovun etüd-lövhəsi (№5), prelüdləri (g-moll, gis-moll), Debüssinin serenadası böyük bacarıqla pianoçu tərəfindən ifa olunmuşdur.Nəcəfli Nərmin bir çox beynəlxalq müsabiqələr laureatıdır. Noyabr ayında Nərmin İngiltərənin Nyu Kasl şəhərində keçiriləcək pianoçuların Beynəlkxalq müsabiqəsində iştirak edəcəkdir. Gənc pianoçuya həmişə olduğu kimi Azərbaycanı layiqincə təmsil etməyı, Vətənə qələbə ilə dönməyi arzulayırıq.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.