aze | rus | eng



Şiniçi Kinoşita birliyinin Avropa turnesi

 2013-cü il oktyabrın 28 -də  Yaponiyanı təmsil edən tsuqari şəmisen ifaçısı cənab Şiniçi Kinoşitanın Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllim və şagirdləri ilə görüşü keçirilmişdir. Tədbirdə çıxış edən Musiqi işləri üzrə direktor müavini Əhmədova Aytən çıxış edərək musiqiçilər haqqında məlumat verdi. Sonra qonaqlar qarşısında məktəbin xalq şalğı alətləri şöbəsinin şagirdləri-Rüstəmbəyli Cavanşir (tar), Məlikli Orxan (kamança), Rəhimli Zinyət (qanun), Məsimov Nicat (balaban) böyük bacarıqla çıxış etdilər. Məktəbin müəllimi, Beynəlxalq Muğam Müsabiqəsinin Qran -Pri mükafatçısı Şəhriyar İmanovun çıxışı dinləyicilərin sürəkli alqışlarına səbəb oldu.Konsertdə çıxış edən cənab Şiniçi Kinoşita musiqi aləti haqqında məlumat verdi. Konsertdə Şiniçi Kinoşita ilə yanaşı tsuqari şəmisenin qadın ifaçısı xanım Reika Matsuhaşi və vadaikonun (yapon davulu) ifaçısı Keniçi Koizumi də iştirak etdilər. Konsert dinləyicilərin böyük marağına səbəb oldu.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.