aze | rus | eng



"İlin son çərşənbəsi, Novruzun qədəmləri..."

 17 mart tarixində Novruzun gəlişi münasibəti ilə Azərbaycan Milli İncəsənət Muzeyində "İlin son çərşənbəsi, Novruzun qədəmləri..." adlı bayram tədbiri keçirilmişdir. Bayram tədbirini giriş sözü ilə açan Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəhimə xanım Çərkəzova baharın müjdəsini verən Novruz bayramı münasibəti ilə qonaqları təbrik edib. 
Daha sonra Bülbül adına orta ixtisas məktəbinin direktor müavini Aytən xanım Əhmədova təbiətin oyanışı,baharın gəlişi hər kəsi təbrik etmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri bir-birindən rəngarəng "Yeddi pillə" rumin rəqsi, V.Adıgözəlovun "Bayram süitası", H.Vəkilovun " Çılğın rəqs", M.Bağırzadənin "Bayram şamları", Ə.Abbasovun "Gənclik rəqsi" və S.Ələsgərovun "Şalaxo" musiqi töhfələrini tamaşaçılara ərmağan etmişlər. 



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.