aze | rus | eng



Hannoverdə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş musiqi tədbiri keçirilib

Azərtacın verdiyi xəbərə istinadən, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Almaniyanın Hannover şəhərindəki Herrenhausen-Oranjerie konsert salonunda böyük musiqi tədbiri keçirilib. Hannover şəhəri Musiqi, Dram və Mediya Universitetinin müəllimi, professor Brend Qoetzken çıxış edərək tədbirə gələnləri salamlayıb, rəhbərlik etdiyi piano sinfi haqqında məlumat verib. Sonra onun rəhbərlik etdiyi piano sinfinin tələbələri klassik musiqi parçaları ifa ediblər.
Musiqi gecəsində Azərbaycanı Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, Gənclər mükafatı laureatı, Brend Qoetzkenin tələbəsi Nərmin Nəcəfli təmsil edib. Prof. B. Qoetzke Hannover şəhərindəki Azərbaycan diasporunun rəhbəri Etibar Qəniyevlə görüşdə N. Nəcəflinin çıxışından məmnun qaldığını, onun piano ifaçısı kimi ilk azərbaycanlı tələbə olduğunu diqqətə çatdırıb.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.