aze | rus | eng



28 May Respublika Gününə Həsr olunmuş Konsert

   May ayının 27-də Azərbaycan Dövlət Filarmoniyasında  Qara Qarayev adına Dövlət Kamera Orkestri (Bədii rəhbər və Baş dirijor, Xalq Artisti Teymur Göyçayev) və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin 28 May Respublika gününə həsr olunmuş  konserti keçirilmişdir. Konsertdə Respublika və Beynəlxalq müsabiqə laureatlarının ifasında  Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.  Leyla Zeynalova(f-no),  Səid Bağırzadə (klarnet), Vurğun Vəkilov (f-no), Aytən İbrahimova və Nigar Əsgərova(violin), Nərmin Nəcəfli (f-no), Zərifə Alxazova (violin), Atabəy İsmayılov (tar), Səidə Babışova (xanəndə), Cəmilə Əsgərzadə (violin), Mərziyə Hüseynova (vokal), Aydın Zeydullayev (saksofon), Ayla Şiriyeva (caz-vokal), Əli Məmmədov (f-no), Nicat Məsimov (balaban), məktəbin məllimləri Anar Məmmədov, Fəqan Həsənli, Ucal Məmmədxan və Muxtar Abseynovun ifaları tamaşaçıların sürəkli aiğışlarına səbəb olmuşdur.

  

  

        

 

 

 

  

 

 

 



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.